Reklam verin!

Məndə yaratdığın səni kimsə qoparanmaz ...

oyaq     Yanvar 4, 2008 18:49

Məndə yaratdığın səni kimsə qoparanmaz ...

  oyaq 

Sən baharın yağmurlar gətirdiyi təravət və gözəlliksən içimdə , sən pambıq dənəsi qədər saf və nə olduğunu heç anlayamadığım payımsan mənim . ruhunu hər gecə qoynumda hiss etdiyim və hiç bir zaman sevməkdən vaz keçmədiyim için səni arayıram . şeklində parlaq gözlərlə üzünə baxdıqda ürəyimdə fırtınalar qoparırsan amma bunu , sən heç bilmirsən . səni olduğundan artıq sevirəm , sənin görüşünə ürəyim qanadlanıb uçacaqmış kimi hiss edirəm . sənə ürək verənən hər şey fərq edərək yaşayır və hər şeyin dadın düşünürəm . almanın iki ayısı vardır və mənim əksik tərəfim sənsən !

Royalarımda görurəm səni . artıq bilirəm səni məndən ayiracaq heç bir şey qalmayıb . ürəyimdən səni söküb atacaq heç bir güc tapa bilmirəm . Sənlə tanışlığım qısacıq bir zamanda həyayımı dəyişdirdi . səni tanıdıqdan sonra mənim üçün zamana gözəlləşdi , nə qıvraq keçib getdi ... bu ğərib duğusal çəkim məni yaxaladı , kəndimi toparlamadım . qarşılıqsız qalacağından qorxa – qorxa ürəyimdə sənə olan sevgimi anladım . sən uzaqlaşdın , o zamandan hələdə özümə qayıda bilməmişəm . görüşə gəlmədiyin uzandıqca acıyan ürəyimdə yaralarım qanamağa başlayıb . mənim için ömrümün baharından ayrılıq qarları yağan olub . madam aşıq olacaq qədər cəsarətliyəm , söyləyəcək qədər də cəsarətli olmalıyam .

Demək indi səni sənsizlikə yaşamağa məkumam . səni sadəcə royalarımda yaşatmaq ... mənim olmayacağını bilirəm . bəlkə də mənim susuşum sənin qaçışını rahat etdi . bəlkədə gerçəkdən söyləmədiyim sözlərlə dolu qəlbim getməyinə səbəb oldu . sən gedişinlə gün batışını anlatdın mənə , günəş qədər gözəl , onun qədər ışıqsan . demək həm onun qədər ozaqsan mənə həmdə yaxınımda hiss edirəm səni , uzanıb nur saçaqları qədər yaxınımda yaşayanımsan . çox dədlısan o gülən sevimli gözlərinlə . Indilər yanında kölgə olmuşam , hər gecə yolunu gözlər , bir kiçik pəncərədə səni bəklirəm . hər kəs mutluluğun dadını çıxarırkən mən ayrılıqları əzbərləyirəm . eləcədə mən şeklinə baxıb ürəyinə dalmaq için nələr verirəm ... heç bu qədər çarəsiz qalmamışdım . çatlamış dodaqların suya mohtac olduğu kimi mən də sənə mohtacam . bilməm nədən sağlam bir duruma dönə bilmirəm .

Hər gecə xəyalar qururam . qurduğum xəyallarda bilə mənim olursan . gecə gündüzə qavuşarkən mən indi sənə qavuşa bilmirəm . ürəyimi parçaladığın yetməzmiş , indidə beynimi gəmirirsən . doğmayı gözləyən günəş kimi gözlədim səni ... artıq acı çəkməkdən və ayrılıqları əzbərləməkdən bezikmişəm . Yenə mən səndən xəbərsiz , mən səni sənsiz yaşayıram sarı saçlım . günlər , həftələr , aylar mənə sənsiz çox ağır ötür xəyalın bilə məndən uzaq olmur ... bir payız yox , qışın şaxtalı günlərin xatırlayıram . həyat bağında saralmış yapraqlar buza dönmüş ağaclar yaşamının nə demək olduğunu ilk dönə xatırladır mənə . quşların ötdüyünü ayırd edirəm və dağların nə dən sərt olduğunu və dünyanın mənim üçün bu qədər acı bağışladığın anlayıram . zaman bəlkə çılğın aşqımı bitirdi . ama sənə olan sayğım və sevgım sonsuza qədər sürəcək .

Səni ürəyimdə yaşayacağam . səni içimdən söküb ata bilməm . həyatımın qalanını sənsiz yaşamaği öyrənməlyiəm öylə ki heç sızlamamalı . səni gördüyümdə , sən utanmalı , sən başını əyməlisən . etdiklərindən utanmalı , yazın qavurucu sıcaqlığında ilikıərinə qədər üşüməlisən !

Indi ki sən yoxsan ürəyim dəli kimi çırpınır . ahlarımdan başım ustə küllər sivrulur . sankı bir kağazın yanıb yellərə savrulması sayaq bütün umudlarım yox olur gedir . olsun nə edirsən et ancaq bunu bilməlisən ki , məndə yaratdığın sənı məndən kimsə qoparanmaz ...

Səni min yaşa


Bookmark and Share
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 154     Yanvar 4, 2008 18:49    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında

Təbrizli oyaq-ın ədəbi websayfası
E-mail:ah_oyaq@yahoo.com

Axtarış

Bölmələr

Arxivlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 648
  • Dünənki hit: 15
  • Bugünki hit: 14
  • Ümumi hit: 6641

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog AzeriBlog.com