kal öpüş
oyaq
May 31, 2008 19:01
kal öpüş
oyaq
gözlərindən
yaşayışın mahnıları dalğalanır
gülüşündəən tutumlu köhnə şərab çıpçalanır
nə olardı , bircə qurtum içəydim mən
baxışında , səssiz axıb
yaşayaydım həyatını
istəklərim açaydi qol , qanadını
oxuyanda nəğmə - nəğmə ürəyimi
şerilənib öpəydim al dodağını .
dirdarıni , ürək alır
şirin sözlər arxasına çökən dərin sukut kimi
dinləməli baxışın var
sudan axar axışın var
neyləyim ki dodağından
aslımış bir kal öpüşəm
qorxum budur yetişməmiş yerə düşəm.
şeir
Şərhlər(0)
Baxış sayı: 127
May 31, 2008 19:01

