şeir – şayir
oyaq
İyul 1, 2008 21:04
şeir – şayir
yazan : oyaq
şübhəsiz düzgün şayir xalqının gür səsilə əsrinin bağırtısıdır . ölkəsinin söz biləni ; dəyərli başçısıdır . şerin qılıncının , düşüncə bülövünə çəkib gizlin yaralara mərhəm qoyaq üçün ; bacarıqlı həkim kimi işə başlayan zaman , məna dolu sözləri ilə ürəkləri oxşayıb möcüzələr yaraldar . ürək bulağından şeirə söz paltarı geyindirib sanarsan gənc qız bəzənib otaqdan çıxır . belə bir şayir olmağa incə zövq gərəkdir .
şerin bütün dövrlərinə dərin baxanda düşünürük ; şeir biliklərindən başqa bir həqiqətdə bar ; oda zovqla bacarıq , birdə şayirlik ruhiyəsidir . demək bunlarda , özlügündə bir kimsənin güclü şayir olmasına yetməz . məna ilə bəyan baxımından da olduqca bilmək gərəklidir . bunlar ikisi birgələşsə onda qələm mizrab kimi şayirin ürək tellərinə dəyər ,mahnılar yaranıb ürəklər alınar , bir kitabda yer tutmayan söz bir misrada özün göstərər . Tunesli (Ebne xəldun) 8-ci əsrin tanınmış tarx yazanı deyir : “ şayir gərək böyük ustadların azı neçə min biyt şerlərin elə gözündən keçirə ki onların hamısın zehnində saxlayıb , bir məzmunu şerləndirmək istədiyi zaman yaddaşında olan sözlərdən ən gözəlin seçib , şeirlərində işlətsin .) demək bu günün baş qarışıqları ilə yaşyışının ağır durumu , ola bilər ki belə bir baxıma üyğün olmasın ama şübhəsiz dəyərli şayirlərin əsərləri ilə tanışlıq , öz biliyin şeir sahəsində genişləndirmək şayirin fikrinə incə , dərin məzmunlar ifadə etməkdə bollu yardımcı ola bilər . yaradıcılıq xususi ilə şeir ; bir kimsələrin baxışına görə tanrı yaradıcıkığından sonra ən gözəl yaradıcılıqdır . ancaq bu yolun dolaşıq , buruşuq küçələri yox , axar çayına qoşulub dərələr , təpələr aşaraq əngin dənizin düşündükdə dəyərli inçiləri əldə edib ölməz əsərlər yaranırsa , üstə ki sətirlərdə gedən söz doğrulaşacaq . şeir pərisi o qədər gözəl , təntənəlidir ki hər kimsənin qapısın rahatcasına çalmaz . demək olmaz ki bir şayir gözün yola tiksin bəlkə bu pəri bir gündə ona qonaq gəlsin . onun ardıca qaçıb min şovq – zovq ilə ətəyindən tutub ələ gətirməsi gərklidir . bir şayirdən yeni şeyirin nədi ? soruşanda gahdan çox yazlqlıqla boynun çiyninə qoyaraq “ neçə vaxtdır bir zad yazanmamışam , axı şer pərisi hələ məni qarşılamağa küsgündür “ dryir . ona demək olar : nə üçün sən onun ardın tutub qarşılaşmağa getmisən . xiyal yaradan , gözəl , nəzmili , dərin mənalı , tərtibli və ... və ... olan sözün çevrəsində çalışıb , ulu astanasına yol tapmaqda dəyərli olacaq . məncə öz yaşayışında hərdən bir şeir yazan kimsə şayir deyil . öz yaradıcılığında yaşayan , şeiri damarlarında qan tək dolandıran kimsə şayirdir . xalqın baxışında adi , önəmsiz olan bollu nəsnələr şayir üçün maraqlı bir sujetdır . o öz iti baxışı ; kövrək ürəyi ilə , gördüyün sorğu altına çəkib , həqiqəti əldə edir . şayirlər olmasaydı gündəlik adi məsələlər ; olayların qatları arasında gizlənən sırrların pərdələrin kim yıtıb doğru üzün göstərərdi ? şayir yurdunun , elinin , tarixinin , xatirələrini , rövyalarla düşüncəsini tanıyıb , öyrənməkdə güclü olmalıdır . o öz oxuculari ilə uğurlu ilgi qurmaq üçün , özünün içi gözəl , həqiqət sevən , müntəzəm yaşamalıdır . şeir işi ilə yanaşı şayilik eşqi , şayirlik biligidə əldə etməlidir . bunlar hər biri təklikdə dəyərsizdir . hər ikisi bir quşun qanadları sayaqdır . başqa sözlə bir beyt şeirin iki misrasi kimi bir-birinə söykənib yanaşı olmalıdır. şeir sənətinin nəzər sahiblərinin baxışlarına görə Əlmöcəmdə oxuyuruq : “ düşün ; şeir kökdən , sözlük biligilə istidlaldır . istlah üzrə fikirləşmiş , qoşulmuş , nəzmili , tikrarlı , musavi , son hərfləri bir-birinə oxşayan sözlərdir ... “ (Əllamə qəzvini çaplarındna S.960) aydınır belə bir sözlər yaratmaq üçün şeirin bilikləri ilə birgə hünərində bacarmalıyıq . Nizami-e əruzi şayirliyi “sənətçilik” bilir . demək bu sözləri nəzərə alanda gərəkməz yalnız ilham , zövq , bacarıqla içdən qaynamağa ürəyimizi xoş edək . şayir olmaq istəyən kimsə onun biliklərində dərin öyrənib şeirində işlətməlidir . necə ki bir kimsə istəsə təbib , memar və ... olsun , o riştələrin elmilərin lazimi qədər öyrənməsi gərəklidir . yuxarıda dediyimiz sözlərdən belə anılmasın ki gərək şayirliyi ədəbiyat bilimyurdlarında öyrənək . yox ! ürəkdən , içdən , atifə baxımından şayir olmalı . şayir yaşmalı ; çevrəmizə şayir kimi baxmalı , şeirlə nəfəs alıb şeirlə ölmək . başqa sözlə desək ; doğrusu şayir yaşayışının səhnələrinin səsini öz zehnində yerləşdirib , yazmağa başlayan zaman onlardan faydalanır . çay kimi axıb , yağmur kimi yağir . yaradıcılığı o qədər doğal görünür ; oxucu özün şeirinin içində his edir . elə bundandır ; dahi şayirlərimiz yaradıcılıq yollarınıin eniş-yoxuşların inamla ötüb , qalarğı , ölməz əsərlər yaralda biliblər. şayir içinin çirkinlikləri ilə çatışmazlıqların dişarıya atıb dərinliklərə cummaq üçün sağlam zövq , lətif ruhla saydam(zolal) atifəli olmalıdır. qaynayışla ;çalışmaq(cuşeş və təlaş) şayiri bütünləndirmək deməkdir . şeir zövqü olduqda şeir bilikləridə gərəklidir . şayir geniş mutaliə edib dərin düşüncəli olmalıdır . söz incilərindən olduqca faydalanıb şeir gəlinin bəzəməlidir . sağlam zövqülü , doğal şayir olan kimsə , ruhla fikir baxımından şayirdir . demək şeri içdən gözəl olduqda zahiri gözəlliklə güclü musiqidə duymaq olar . keçmiş nəhəng şayirlərin əsərlərinə ötəri baxan ; öz ədəbiyyatının yaradıcıların tanımayan kimsə , yığcam , ürəyə yatan , yetgin ,dərin mənalı , öyrədici , hər yönlü və ... sözlər yiyəsi ola bilməz . onlarki şeiri cədvəl qalıbında oxucuya tapşırırlar , oxucu vaxt qoyub bu cədvəli açıqlayandan sonra bir zad ələ sala bilmir . demək bunlar güclü , mənalı şeir yazanlarada zülm edirlər . niyəki oxucu belə durumda “ şeir oxumasam ; başım dincdir ; deyir . şeir bir atifənin , duyğunun , baxışın rəsimləşib təcəssum olmuş üzüdür . onda ki şayir bir özəl hələtə düşüb bir kimsədən ya bir movzudan hissləri qaynağa gəlib duyğularına şeir donu geyindirir ; oxucu o şeiri oxuyanda şayirin halətinə yaxın durum tapır . burda şeirlə şayir hər ikisi öz yerin tapa bilir . elə ona görədə ədəbiyyat bilginləri : “ duz hünər vağeyiyətləri yenidən yaratmaqdır “ deyirlər . arxayın olaq kitab , kitabxana , toplum ilgisi quran geniş yerlər , buruşuq öncül vəsayil , kampiyoter , internet kimi ittilaat anbarları ; yüzə - yüz hünər , bilik , şeirlə şayirlik törədən deyillər . əgər bir kimsədə zövq , bacarıqla şayirlik ruhiyyəsi olsa , şeirin çəkici yönləri vucudunda yer salsa , şeirin aydın bulağı dərinliklərində qaynağa gəlsə , amma şeirin sənətlərinə yaraqlanmasa ; bollu sözcüklər , istilahlar , kindyələr və ... öyrənib tikrar işlətməsə , ədəbi əsərləri fikirlə mədəniyyət baxımından mutaliə etməsə , dünya şeyir ilə tanış olmayıb səbklərindən xəbərsiz qalsa , bir yönlü şayir olub əsərləri doğulmamış ölümə uğrayacaq . necə ki təzkirələrə göz dolandıranda saysız şeir qoşanlar görürük ki şeir təbləri olduqda bu sənətdə biliklərinin azlığına görə ölməz əsərlər yaralda bilməyib , yalnız dəftərlər qatında gizlənın bir quru adları qalıb . şayir dayanmadan axtarıb , söz törədən olmalıdır . o bir axar çaydır , axdıqca surulub qarşında olan çirkinlikləri yuyub fikirlərə təravətlə yenilik bağışlayandır . Fransızlı nəqd yazan adım şayir (Pol Valeri) deyir “ hünərin çətinlikləri hər kimsədə yeni fikirlər doğan olsa , o şayirdir . başqa sözlə çatışmazlıqlar bir kimsədə yaradıcı ; yeni fikirlərin qabağın alsa demək o şayir deyil ...”onun vətəndaşı (Andere Morova)da deyir : ardıcıl çalışmaqla şeirin butun çətinliklərin aradan göturən kimsə şayirdir . yazının sonunda artırmalıyam ; bu qonuda daha güclü , dərin yazıları nəzər sahiblərindən umuram .
məqalə
Şərhlər(0)
Baxış sayı: 112
İyul 1, 2008 21:04

