Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər


[22.09.2008 ]
TURAN CAVİDİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FİLM-VERİLİŞ ÇƏKİLİB
Turan CavidAzərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev muzeyində yazıçının qızı Turan Cavidin 85 illik yubileyi münaisbətilə sənədli filmin çəkilişlərinə başlanılıb. Artıq çəkilişlərin ilkin mərhələsi yekunlaşıb. Oktyabr ayının 2-də AZTV film-verilişin ilk hissəsini nümayiş etdirəcək. Rejissoru Ramiz Həsənoğlu, ssenari müəlifi Sadıx Elcanlı, quruluşçu operatoru Musa Vəliyev olan filmdə Turan Cavidin həyat və yaradıcılığından bəhs olunub. Filmdə sənətşünas alim Aydın Talıbzadə, "Cavid ömrü" filminin ssenari müəllifi, xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, muzeyin direktoru Gülbəniz Babaxanlı

[10.09.2008 ]
TURAN CAVİDƏ HƏSR OLUNMUŞ XATİRƏ GÜNÜ KEÇİRİLƏCƏK
Turan Cavid
ELAN
Sentyabr ayının 12-də saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində cavidlər ailəsinin sonuncu üzvü Turan xanım Cavidin vəfatının ildönümü ilə əlaqədar xatirə günü keçiriləcək. Tədbirdə Turan xanımın Cavid isrinin öyrənilməsi və təbliğ olunması istiqamətində gördüyü saysız-hesabsız işlərdən, cavidlər ailəsindən bəhs olunacaq.




[29.08.2008 ]
HÜSEYN CAVİD ENSİKLOPEDİYASI TAMAMLANMAQ ÜZRƏDİR
iclasAMEA Naxçıvan bölməsində Azərbaycanın görkəmli şair və dramaturqu, filosofu Hüseyn Cavidlə bağlı ensiklopediyanın nəşrə hazırlanması üzrə yaradıcı heyətin yığıncağı keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütəfəkkir şair Hüseyn Cavidin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncama əsasən tərtib edilmiş tədbirlər planına uyğun olaraq, AMEA Naxçıvan bölməsi və NDU-nun Hüseyn Cavid ensiklopediyasının hazırlanması haqqında qərarını diqqətə çatdırmışdır.

[09.06.2008 ]
“CAVİDŞÜNASLIQ” ÇOXCİLDLİYİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
iclasAzərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi əməkdaşlarının hazırladığı böyük sənətkarın yubileyinə həsr olunan “Cavidşünaslıq” çoxcildliyinin 3 cildini (I, II, III) nəşr etdirmişdir.
Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görən 1-ci cilddə sənətkarın yaradıcılığı iIə bağlı istər XX əsrin birinci yarısında, istərsə də müasirlərimiz tərəfindən qələmə alınmış xatirə, oçerk, elmi-tədqiqat və esse xarakterli materiallar toplanmışdır.

[08.05.2008 ]
“HEYDƏR ƏLİYEV: HÜSEYN CAVİD YARADICILIĞI XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
iclasÜmummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-muzeyində “Heydər Əliyev: Hüseyn Cavid yaradıcılığı xalqımızın milli sərvətidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanovanın məruzəsində görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılmışdır.




<< Əvvəlki    1 2 3 4    Sonrakı>>


© 2006-2007 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı